Xalq artisti Tünzalə Ağayeva Şuşaya gedib.
Teleqraf.com xəbər verir ki, Tünzalə Ağayeva İnsatqram hesabında video paylaşaraq belə yazıb:
"Xəyallarımızda arzuladığımız Cıdır düzündə olmaq artıq bir həqiqətdir. Qəhrəmancasına canını fəda edən şəhidlərimizə Allah rəhmət eləsin. Cıdır düzünə qəhrəmancasına çıxan və Şuşanı azad edən oğullarımız var olsun.
Şəhidlərimizin ruhu şad olsun. Bu gün ən ali səhnədəyəm. Dünyanın bir çox səhnəsində olmuşam, belə güllər çox almışam. Amma bu güllərin qiyməti, əsgərin əli ilə verilməsi, Cıdır düzündəki səhnə tamam başqa hissdir, heç nə ilə müqayisə olunmur. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır".
Qeyd edək ki, Şuşaya gedən məşhurlar sırsanda əməkdar artistlər Abbas Bağırov, Təyyar Bayramov, Almaz Orucova və müğənni Azad Şabanov da var.