23 Dekabr 2020 15:24
3 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aparıcı Vüsalə Kərimova qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, buna səbəb aparıcının "Mən yemək bişirən kişini kişi qəbul etmirəm" fikri olub.

Vüsalə Kərimova İnstaqram hesabında video paylaşaraq bu sözləri qeyd edib: "Bəzi saytlar mənim şəklimi paylaşaraq "mən yemək bişirən kişini kişi qəbul etmirəm" fikrimi xəbər formasında yazıblar. Bəli, mənim elə bir fikrim olub.

Hazırda aparıcılıq etdiyim ARB televiziyasında "Səhər səhər" verilişində qonaq idim. Bundan bir il öncə verilişdə qonaq olanda verilişi Rövşanə Ağasəfqızı aparırdı. Verilişdə mən, müğənni Yaşar Cəlilov və şairə Aysel xanım iştirak edirdi. Aysel xanım dedi ki, əgər həyat yoldaşımla hər ikimiz işləyiriksə, bir gün o, bir gün mən yemək bişirməliyəm. Bu fikirlə razı olmadım və öz etirazımı bildirdim. Dedim ki, kişinin kişi, qadının qadın işi olmalıdır.

Əlbəttə, burada söhbət peşəsi aşpaz olan işçilərdən, tələbələrdən, xəstə anasına, həyat yoldaşına baxanlardan getmir. Söhbət sırf ər-arvad arasında münasibətdən gedir. Və hər ikisi işləyirsə, bu gün mən işdən gəlmişəm, kişi zəhmət çəksin, yemək qoysun deyə söhbətdən gedir.

Siz özünüzə bunu yaraşdırırsınızsa, özünüz bilərsiniz. Mənim ailəmdə belə şey yoxdur. Mən belə şey görməmişəm və qəbul da etmirəm. Bu sözü demişəm, deyirəm və arxasında da dururam.

Sadəcə o fikirlərin bu gün paylaşmaqda mədsədləri mənim imicimə xələl gətirməkdir. Bunu da sifariş verənin kim olduğunu bilirəm. Buradan o, xanıma səslənmək istəyirəm ki, səni sevirəm. Mənim ruhumu da incitmədin. Əgər mənim verilişimə ləkə gətirmək istəyirdinsə, əksinə oldu. Mənim efirdə olmağım, veriliş aparmağım sizə təsir göstərdimi? Məni aparıcı kimi görmək istəməyənlərə bildirmək istəyirəm ki, mən heç kimin sayəsində aparıcı olmamışam. Televiziyaya hop edib düşməmişəm. Kiminsə tapşırığı, kiminsə qoltuğunda gizlənərək gəlməmişəm.

Gələn il 25 il olacaq ki, öz dişimlə-dırnağımla müəyyən yüksəkliyə qədər gəlmişəm. Bu mənim öz bacarığım, öz qabiliyyətimdir. Artıq-əskik danışarkən dönüb, arxanıza baxın. Kimin sayəsində hara qədər gəlmisiniz? Həyatda canımdan başqa itirəcəyim heç nə yoxdur. Amma sizin çox şeyləriniz var".

Qeyd edək ki, Vüsalə Əlizadə hazırda ARB televiziyasında yayımlanan "Səhər səhər" verilişinin aparıcısıdır.

https://www.instagram.com/tv/CJHTJ3yjgNV/?igshid=ma5i0447titc


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər