Tanınmış türkiyəli müğənni Davud Güloğlu məhkəməyə müraciət edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni keçmiş sevgilisi Pelin Subayı məhkəməyə verib. Səbəb isə P.Subayın bir müddət əvvəl D.Güloğlunun onu döyməsi iddiası ilə polisə müraciət etməsi olub. Nəticədə müğənninin Pelinə 50 metrdən artıq yaxınlaşmaması haqda qərar çıxarılıb.
Hazırda isə Davud ona qarşı böhtan və qarayaxma kampaniyasının başladıldığını əsas gətirərək şikayət ərizəsi yazıb.
O, açıqlamasında “Mən zorakı biri kimi qələmə verildim. Bu günə kimi utandığımdan susdum. Amma indi məcbur oldum ki, belə bir addımı atım” deyib.
Rüstəm