Məşhur aktyor Nikolas Keyc öz filminə etiraz edərək maraqlı kampaniya başladıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Nikolas Keyc “The Dying of the Light” filminin prodüser şirkəti tərəfindən ssenarinin bəzi hissələrinin məsləhətləşmədən dəyişdirildiyini bildirib. Buna etiraz olaraq aktyor tamaşaçılardan filmi izləməməyə çağırıb.
Müqaviləyə əsasən aktyor film haqqında mənfi açıqlamalar verə bilməz. Bu aktyor və dostları geyindikləri qara koftanın üzərinə etirazlarını yazaraq sosial mediada paylaşıb.
Rejissor Paul Şrader də etirazlara qatılıb.
Film 5 noyabr tarixindən etibarən ABŞ-da yayımlanacaq.
Rüstəm