28 Dekabr 2020 20:22
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Bəhram Bağırzadənin anası Tahirə Əfəndiyeva koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, Bəhram Bağırzadə bu haqda feysbuk səhifəsində məlumat verib.

Əməkdar artist səhhəti ağır olan anası üçün kömək istəyib: "Anam komadadır, COVID-19 virusundan ağır vəziyyətdədir və ona təcili qan köçürülməlidir. Hansı qrupun olması vacib deyil, əsas odur ki, kimsə bankı doldurmaq üçün təzə qan bağışlasın. İmkan varsa bu vəziyyətdə mənə kömək edin! Sizdən Bəhram Bağırzadə kimi deyil, onu xilas etmək üçün hər şeyi etməyə hazır olan bir oğul kimi xahiş edirəm. Kömək edən hər kəsə əvvəlcədən təşəkkür edirəm!".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər