2 Yanvar 2021 12:50
3 939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Zaur Kamalın ARB televiziyasında yayımlanacaq verilişinin adı və yayım tarixi bəlli olub.

Teleqraf.com xəbər verir ki, Zaur Kamal ARB televiziyasında "Həmin Zaur" adlı verilişin aparıcısı kimi fəaliyyətə başlayır.

Aparıcı yeni verilişi haqda bu sözləri qeyd edib: "Karyeramı yalnız bir televiziyaya bağlamışdım. Siz məni yalnız Xəzər TV-də görüb, sevmişdiniz. Xəzər televiziyasında çox gözəl və maraqlı günlər keçirdim. Amma elə vaxt gəldi ki, çox götür-qoy etdikdən sonra iş yerimi dəyişmək qərarına gəldim. Yanvarın 4-dən etibarən artıq məni ARB televiziyasında görəcəksiniz. Televiziya, vaxt, dekor və s. çox şey dəyişdi. Yeganə dəyişməyən "Həmin Zaur" olmağımdır. İnanıram ki, bu verilişimi çox sevəcəksiniz. Buna əminəm!"

Belə ki, Zaur Kamal 106.3 FM radiosunda da çalışır.

Qeyd edək ki, Zaur Kamal Xəzər TV-də 5/5 və "Ay Zaur" verilişlərinin aparıcısı olub.


Müəllif: Rəqsanə Həsənova