Xalq artisti Miri Yusif həyat yoldaşı Nərgiz Mirbabayeva və övladları ilə sosial şəbəkədə fotosunu paylaşıb.
Teleqraf.com xəbər verir ki, ailə fotosunu paylaşan Mir Yusif İnstaqram hesabında bu sözləri qeyd edib:
"Həyatımızın ən çətin ilini geridə qoyduq. Çətin də olsa bizə qələbə gətirdi. Uğrunda minlərlə şəhidin canından keçdiyi, minlərlə əsgərin sücaət göstərdiyi, minlərlə qazinin başımızı ucaltdığı ağır və şərəfli bir qələbə. Ali Baş Komandamızın ətrafında daha sıx birləşdik, gücləndik, qalib olduq. Bu gün hər birimiz həmrəyliyimizi şanlı qələbəmizə borcluyuq. Həmrəyliyimiz daim olsun, əziz həmvətənlər!".
Qeyd edək ki, Miri Yusif və Nərgiz Mirbabayeva cütlüyünün üç övladı var.