3 Yanvar 2021 13:54
2 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova ad çəkmədən şəhid ailələrinə dəstək olmayan həmkarlarını tənqid edib.

Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova İnstaqram hesabında bu sözləri yazıb:

"Allah bütün şəhidlərimizə rəhmət etsin, ailələrinə səbr versin. Bəzi müğənnilərdən çəkinirsiniz. Niyə onların etdiklərini yaxşı qələmə verirsiniz? Baş tacı etdiyiniz, status verdiyiniz müğənnilərin çıxardığı oyunlardan danışın. Onların İnstaqram səhifəsinə baxın, görün hansı şəhid anasına, balasına dəstək olub, onların adınə çəkir. Klip təqdim edib, özlərini göstərirlər. Sabah toy mərasimləri başlasın, yenə yüksək qonarar verib, toylarınıza dəvət edəcəksiniz. Şəhid yaramız heç vaxt sağalmaz. Şəhidlər unudulmaz. Onlar qanları, canları bahasına tarix yazdılar. Düzdür, bizə bayram, konsert, klip yaraşmır. Sadəcə müğənniləri başa düşək. Sənətçilərin o qədər çətinliyi var ki, bəlkə də adi insanların o qədər problemi yoxdur. Televiziyada o qədər yalandan göstərirlər ki, bağ belə, bostan belə... Bu gün də onların imkansız olduğuna inanmırlar. Problemlərini həll etmək, balalarına baxmaq üçün oxumağa məcburdurlar. Ona görə də başa düşmək lazımdır. İnsanı təkləmək olmaz!".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər