5 Yanvar 2021 10:59
11 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan onu tənqid edənlərə cavab verib.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib: "Məni bayram keçirən, ölüsünə hörmətsizlik edən adam kimi təqdim etdiniz. Amma içimdə bilirəm ki, nə hörmətsizlik etmişəm, nə də kiminsə ünvanına təhqirli söz demişəm. Əgər rəqsim sizi narahat etdisə, o zaman dekabrın 31-də kanallarda içi mən qarışıq rəqs edən, qələbəni qeyd edən bütün ulduzlara və kanallara söz deyərdiniz.

Yox, əgər məndə səhv axtarırsınızsa, ilk öncə özünüzə baxın. Adamı özündən çıxarmayın. Məni öldürməyə gücünüz çatmaz".

Qeyd edək ki, Röya Ayxanın Yeni il gecəsi evində rəqs etməsi sosial şəbəkədə təbqidlərə səbəb olmuşdu. Xalq artisti sözügedən videonu İnstaqram səhifəsində paylaşmışdı.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər