Müğənni Şəbnəm Tovuzlu rəqs etdiyi üçün tənqidlərə məruz qalan xalq artisti Röya Ayxanı müdafiə edib.
Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu bu sözləri qeyd edib: "Mən xalqımı sevən bir xanımam, hər zaman da başı dik gəzirəm. Şəhidimə də, əsgərimə də qurban olum. Bəsdirin, müğənnilərimizi təhqir etməyə çalışmayın. Hamımız ağır dönəmdən çıxmışıq.
Röya xanım evində oynayırsa, deyib-gülürsə niyə təhqir edirsiniz? Sizə nə edir? Röya xanım yaşlı bir qadına ev tikdirib, təmir elətdirəndə bu qədər yazdınızmı? Deyəcəksiniz ki, Röya xanımın tərəfini saxlayır. Mənim heç Röya xanımla salamım yoxdur".
Qeyd edək ki, Röya Ayxan Qazaxın Quşçu Ayrım sakini 77 yaşlı Əsmər Cəfərovaya ev tikdirmişdi.