15 Yanvar 2021 14:26
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Tarkan anası ilə pandemiyaya görə görüşə bilmədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Tarkan İnstaqram hesabında anası ilə fotosunu paylaşaraq onun üçün darıxdığını qeyd edib:

"Ailəmlə tez-tez əlaqə saxlayıram, görüntülü danışıram. Pandemiya başlayandan ayrı-ayrı yerlərdə yaşayırıq və təəssüf ki, bir araya gələ bilmirik. Canım anam, sənin üçün darıxdım. Ailəcə qovuşacağımız gün yaxındadır".

Qeyd edək ki, Tarkan həyat yoldaşı Pınar Dilək və qızı Liya ilə Almaniyada yaşayır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər