Tanınmış aparıcı Mikayıl Güləddinoğlunun "Space"dən ayrılması haqqında xəbər yayılıb.
Mikayıl Güləddinoğlu Teleqraf.com-a açıqlamasında yayılan məlumatları təkzib edib: "Mən işdəyəm və işləyirəm.
Verilişimizlə bağlı dekor işləri gedir. "Space" kanalından çıxmağım haqqında yayılan xəbərlər yalandır".
Qeyd edək ki, Mikayıl Güləddinoğlu
"Sevimli mahnı" proqramının aparıcısıdır. Bu haqda xəbəri axşam.az saytı yayıb.