19 Yanvar 2021 14:44
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam arxiv və plastik əməliyyatdan öncəki şəkillərini yayan səhifələri hədələyib.

Teleqraf.com xəbər verir ki, Xatirə İslam İnstaqramda video paylaşaraq bu sözləri deyib:

"Neynəmək istəyirsiniz? İstədiyiniz insan haqqında istədiyiniz xəbəri yazıb, gündəm yaradırsınız. İstədiyiniz məşhurun fotosunu pis hala salaraq paylaşırsınız və bəyənmə yığırsınız. Özünüzün səviyyənizə uyğun izləyiciləriniz var. Klaviatura pələngləri yazırlar ki, müğənnilər nə gündədirlər, nə gündə olublar? Eləcə də söyürlər, təhqir edirlər.

Sabah o səhifə üçün 10-15 manatdan reklam verib, öz balalarınıza haram çörək aparırsınız. Mən indi özüm haqqında yazılan bir başlıqla qarşılaşdım, guya demişəm ki, "Toy olmasa musiqiçilər acından öləcəklər". Xatirə İslam bu sözləri harada deyib?!

Mən elə söz deməmişəm. Əlində sübut və səs yazısı olmadan belə sözü necə yazmaq olar? Bir-ikiniz məhkəməyə çağrılar və təzminat ödəsəniz digərləri o hərəkəti etməyəcək. Çünki siz 15-20 manatlıq reklam buraxan səhifələrsiniz. Qqorxmursunuz ki, söydürdüyünüz adam səhifənizi qırdıra, bağlada bilər? Siz nə vaxta qədər ürəyiniz nə istəsə yazacaqsınız?"



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər