19 Yanvar 2021 16:41
1 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kasıblarla bağlı fikrinə görə tənqid edilən aktrisa Pərvin Abıyeva şəbəkə istifadəçilərinə cavab verib.

Teleqraf.com-un xəbərinə görə, Pərvin Abıyeva İnstaqram hesabında canlı yayım açaraq fikirlərinə aydınlıq gətirib:

"Demişəm ki, heç bir qız kasıb oğlana ərə getmək istəməz. Mənim bu fikrimdə söyüş, kasıblara təhqir sayılan bir söz varmı? Deyən varsa, sübut etsin, şəxsən mən ona 50 min manat pul verəcəm. Sözümün arxasındayam. Bəli, heç bir qız istəməz ki, ailə qurduğu insan ona kasıb həyat yaşatsın.

Mən kasıbçılıq da, pul da görmüşəm. Tək başıma kasıbçılıqdan əziyyətlə bu yerə gəlmişəm, pul qazanmışam. Bəli, mən istəmirəm ki, oğlanlarımıza kasıb damğası vurulsun. Demişəm ki, əziyyət çəksinlər. Sabah hansısa şou-biznes nümayəndəsindən mədət umub, yardım istəməsinlər. Mən istəyirəm ki, hər kişi özü qazansın, ailəsini dolandırsın. Siz bunu niyə belə bayağılaşdırdınız?

Niyə kasıbla ailə qurmaq istəmərəm? Çünki kasıbların ailələrini, evini gəzə-gəzə bu insanların necə yaşadıqlarını görürəm. Onu siz bilməzsiniz. Özümü biləndən əlim kasıbların üzərində və xeyriyyə işində olub. Onların hansı əziyyətdən keçdiklərini görürəm. Getmək istəyərsiniz? Elə evdə, ailədə uşaq böyütmək istəyərsiniz? O uşağın gələcəyi, böyüməsi, sağlamlığı, təhsili, dünyagörüşü var.

Balaca damda çəkil otur və uşaq böyüt ki, mən kasıbam. Söhbət işləyənlərdən getmir. Siz niyə hər şeyi qarışdırırsınız? Söhbət kasıbam deyib, kənarda oturub, ondan-bundan pul güdənlərdən gedir".



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər