20 Yanvar 2021 17:58
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvar faciəsindən 31 il ötür.

Teleqraf.com xəbər verir ki, məşhurlar faciəni sosial şəbəkədə yad ediblər.

Xalq artisti Aygün Kazımova: "Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Xalq artisti Röya Ayxan: "Biz sizi unutmayacağıq".

Əməkdar artist Nərgiz Cəlilova: "Unutmadıq".

Əməkdar artist Abbas Bağırov: "20 Yanvar, qara Yanvar, 1990-cı il".

Aparıcı Xoşqədəm Hidayətqızı: "Unutmadıq, unutmarıq".

Xalq artisti Zülfiyyə Xanbabayeva: "Milli iradəmizin zəfər çaldığı gün".

Müğənni İradə İbrahimova: "And yerimiz Şəhidlər Xiyabanı. Allah rəhmət etsin".

Aparıcı Afaq Gəncəli: "Şəhidlərimizi qürur və ehtiramla anırıq".

Aktrisa Pərvin Abıyeva: "20 Yanvar. Ümumxalq hüzn günü".

Xalq artisti Mələkxanım Əyyubova: "Allah 20 Yanvarda həyatını itirən bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun".

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Fordovsi Umudov: "Ruhunuza sədaqətlə, amalınıza sədaqətlə!"

Dünya çempionu Rafael Ağayev: "Şəhidlərimizi qürur və ehtiramla anırıq".

Dünya çempionu Fərid Mansurov: "20 Yanvar...Ümumxalq hüzn günü...".

Liatris Holding”in rəhbəri, tanınmış iş xanım Ruhi Əliyeva: "Yanvarın 19-dan 20-ə keçən gecə... Qanlı 20 Yanvar hadisələrindən artıq 31 il keçir. O gün nə qədər faicəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə xalqın milli azadlığı, müstəqilliyi üçün yol açan vətən oğullarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Xalq artisti Faiq Ağayev: "Nə zülmlər çəkdin, nə qədər qurbanlar verdin, Vətən...
Amma əyilmədin, sınmadın, diz çökmədin! Nəhəng Sovet İmperiyasının amansız cəlladlığı ilə təkbətək, əliyalın qalan xalqımın qan yaddaşıdır 20 yanvar. Yaşa, var ol, mərd, cəsur, əzmkar, qeyrətli Azərbaycan!".

Aparıcı Zaur Kamal: "Milli iradəmizin zəfər çaldığı gün!".

Müğənni Günay İbrahimli: "Şəhidlərimizin əziz ruhlarını hörmətlə yad edirik. Allah rəhmət etsin!"

Müğənni Zamiq Hüseynov: "Şəhidlərimizi qürur və ehtiramla anırıq".


Müəllif: Rəqsanə Həsənova