Xalq artisti Flora Kərimova nənə olacaq.
Teleqraf.com xəbər verir ki, xalq artisti bu haqda “Xəbər-ətər” verilişində danışıb: “Qızım uşaq gözləyir. Ayları, günləri, saatları sayıram. Düşünürəm ki, necə olacaq. Xasiyyəti mənə oxşasa batdıq. Qaşı-gözü mənə oxşasa gərək səhər saat 6-dan güzgünün qabağında otursun”.
Qeyd edək ki, Flora Kərimovanın Zümrüd Şəfiyeva adlı qızı Londonda yaşayır və ikinci dəfə ailə qurub.