Aparıcı Mətanət Əliverdiyeva Azad Azərbaycan televiziyasından ayrılıb.
Teleqraf.com xəbər verir ki, Mətanət Əliverdiyeva Space telekanalında "Hər səhər Mətanətlə" verililişi ilə ekrana qayıdıb. Aparıcı yeni proqramı haqqında "Əməkdar artist Əkbər Əlizadəyə dünən zəng etdim ki, illərlə bu studiyada can qoymusan, hallalıq ver. O da dedi ki, şoka düşüb. Siz hələ çox şoka düşəcəksiniz", - deyə qeyd edib.
Proqramın ilk qonağı müğənnilər Niyam Salami və Rəvan Qarayev olub.