29 Yanvar 2021 13:14
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Mətanət Əliverdiyeva ATV-dən "Space" kanalına keçdiyi üçün irad bildirənlərə cavab verib.

Teleqraf.com xəbər verir ki, Mətanət Əliverdiyeva İnstaqramda video paylaşaraq bu sözləri deyib:

"Baxımsız kanal olmur, onu yaxşı və pis edən aparıcı və veriliş olur. Mənim isə hansı kanalda olduğum fərq eləmir. Əsas odur ki, insana rahat olsun. Üzünüz həmişə gülsün. Çünki sizin aparıcınız hər zaman pozitivdir və bu pozitivliyi sizə ötürür. Fərq etməz istər radio, istər televiziya olsun.

Hamınız yazırsınız ki, Mətanət ATV-dən "Space" kanalına keçib. Mənim üçün fərq etmir, biz bir ölkənin insanlarıyıq, eyni ölkə üçün çalışırıq. Fərq etməz ATV, ARB, Xəzər televiziyası olsun. Məni "Space" kanalında izləyə bilərsiniz".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər