5 May 2014 11:29
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı müğənninin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə çəkdirdiyi şəkil sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Teleqraf.com-un xəbərinə görə, M.Saakaşvili Bakıda olduğu müddət ərzində paytaxtın dəbdəbəli restoranlarından birində qonaq olub. Restoranda keçmiş prezidentin qarşısında çıxış edən gənc müğənni Teymur Qədirov isə ifasıyla diqqət çəkib.

Belə ki, M.Saakaşvili dinlədiyi müğənninin ifasını bəyəndiyini deyərək, onu Gürcüstana dəvət edib.

Müğənni M.Saakaşvili ilə çəkdirdiyi şəklini sosial şəbəkələrdə paylaşıb.

Onu da qeyd edək ki, T.Qədirov bu yay ərəfəsində Bakıda konsert proqramıyla çıxış edəcəyi gözlənilən Türkiyənin məşhur müğənnisi Gökhan Özən ilə eyni səhnəni bölüşəcək.

T.Qədirovun konsertdə ifa etdiyi “I love you” (“Mən səni sevirəm”) mahnısına çəkdirdiyim klipinin də təqdimatı olacaq. Klip Gökhan Özənin “Budala” klipinin oxşarıdır.

Nərmin


Müəllif: Teleqraf.com