Müğənni Nadir Qafarzadə ARB televiziyasında qonaq olub.
Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə pandemiya dövründə bahalı saatlarını satdığını etiraf edib:
"Bir ildir ki, pul qazanmıram. Hər zaman özümü vəziyyətdən çıxarıram. Pandemiya dövründə evimdən əşyamı satıb, qazi ilə bölüşmüşəm. İki brilliant saatımı satdım. Hər iki saatın qiyməti 24 min idi, mən isə ikisini 12 minə satdım. Kirayə evlərim yoxdur. Nəyim var uşaqların təhsilinə xərclədim. Allah bəndəsini heç vaxt darda qoymur".