Xalq artisti Röya Ayxan MTV Azərbaycan kanalında qonaq olub.
Teleqraf.com xəbər verir ki, xalq artisti pandemiya zamanı işləməyi unutduğunu deyib.
“Ümumiyyətlə, işləməyi unutmuşam. Sabah konsert, toy olsa, nə geyinəcəyimi bilmirəm. İndi müğənnidən deputatlıq, deputatdan da müğənni kimi səmimilik gözləyirlər. Daha sonra bir sözün ucundan tutub gedirlər. Onsuz da müğənni öz yerindədir, çalıb oxuyacaq. Məmur da öz işini arxada görür. Ən çox əziyyət çəkən xalq oldu. Xanımlar evdə idilər, arada uşaqla həyətə düşürdülər", - deyə bildirib.
Röya Ayxan ölkəmizdə su pulunun artmasını tənqid edib: "Suyun da qiymətini qaldırdılar, çayı arada içərik. Qiymətlər qalxmamışdan əvvəl xeyli su almışdım. Pandemiya bizi öldürmədi, bu məsələlər bizi öldürəcək. Gərək mən də toy qiymətlərini qaldırım" (gülür)
Röya Ayxan oğlu Hüseynin təhsili haqda isə bu sözləri deyib: “Ümumiyyətlə, bu il təhsilin səviyyəsi sıfır oldu. Oğlum hələ də distant təhsil alır. Uşaqlar oxumadı, müəllim öyrətsə də, altda telefonla oyun oynayır. Bir ili elə-belə yaşadıq. Elə bil ki, oğlum yenidən altıncı sinfi oxuyacaq. Ödənişlər də yerində, heç bir güzəşt olmadı”.
Röya Ayxan yaxın günlərdə küsülülüyə son qoyduğu Aygün Kazımova ilə qonşu olduğunu söyləyib: “Mən həmişə deyirəm ki, yolumun qarşısına daş qoyan olmayıb. Məni həmişə də çox seviblər. Səhvsiz insan yoxdur. Səhv insan üçün yaranıb, ya yaxşısan, ya pis. Sonradan pis insan olmur. Aygün Kazımova yaxşı qonşudur. Eyni mərtəbədə yaşayırıq. Biz birlik bacaran xalqıq. Bir şey olan kimi qapısını döysəm, köməlik göstərər. Mən də həmçinin”.
Röya Ayxan həmkarını doğum günü münasibəti ilə təbrik edib: “Aygün xanımın yaxın günlərdə ad günü oldu. Onu təbrik edirəm. Çoxlu uğurlar arzu edirəm”.