24 Oktyabr 2014 14:19
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hülya Avşar etdirdiyi əməliyyatla yenidən gündəmə gəlib.

Teleqraf.com “Radikal”a istinadən xəbər verir ki, Hülya alnına və göz ətrafına botoks etdirdiyinə görə peşman olub. "Tv8"də aparıcılıq edəcəyi "Hülya Avşar Şou" üçün idmana və pəhrizə başlayaraq 12 kq çəki atan Avşar yeni görkəmindən məmnun olduğunu bildirmişdi.

Yeni verilişi üçün məşhur plastik cərrahlardan birinə müarciət edən Avşar alnına və göz ətrafına botoks etdirərək, qaşlarını da qaldırıb. Ancaq botoks etdikdən sonra peşman olub. Yanaqlarına və çənəsinə də botoks etdirərək üz forması dəyişən sənətçi, yeni görünüşünü efirdə və şəkillərdə gördükdən sonra "Botoks etdirməyimə peşman oldum, kaş ki etdirməzdim" deyib.

Teleqraf.com fotoları təqdim edir :

Rüstəm


Müəllif:

Oxşar xəbərlər