5 Fevral 2021 18:11
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova gitara ifaçısının səhhətindəki son durum haqqında məlumat verib.

Güllü Hüseynova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"Müalicə gedir. Hələ ki, danışmır, hərəkət etmir. Rəmişi reanimasiyada bir neçə dəqiqə görüb çıxıram. Həkimlər əllərindən gələni edirlər. Allah Birinci vitse-prezident Mehriban Əliyevanı qorusun. Mehriban Əliyeva kömək etməsəydi, Rəmişi itirmişdi".

Qeyd edək ki, Rafiq Hüseynov Bakı Sağlmalıq Mərkəzində reanimasiya şöbəsinə yerləşdirilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər