Tanınmış bloger Aysel Şükürova bir müddət əvvəl rəsmən boşandığı ikinci həyat yoldaşı Oqtay Əhmədovla barışıb.
Teleqraf.com xəbər verir ki, Türkiyədə həyat yoldaşı ilə istirahət edən Aysel Şükürova İnstaqram hesabında foto paylaşaraq "O qədər dediniz ki, şəkil paylaş, mən də paylaşdım" - deyə qeyd edib.
Xatırladaq ki, Aysel Şükürova ilə Oqtay Əhmədov 400 minlik toyları ilə gündəmdə idilər. Cütlüyün əkiz övladları var.
Aysel Şükürova həyat yoldaşının ona xəyanət etdiyi iddiası ilə boşanmışdı.