13 Fevral 2021 12:57
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan Günel Zeynalova özünü müğənni-aparıcı Seren Serengilə bənzətməsinə görə tənqid edilib.

Teleqraf.com xəbər verir ki, Seren Serengilin paltarından geyinən ifaçını şəbəkə izləyicisi qısqanclıqda ittiham edib. O, Günel Zeynalovanın ünvanına bu sözləri yazıb: "Artıq bəsdir, Seren Serengili izlədin. Bu gün qadın eyni geyimdə foto paylaşdı. O dəqiqə həmin paltardan alıb, foto paylaşdın. Qısqanc Günel".

Günel Zeynalovanın isə şəbəkə istifadəçisinə cavabı gecikməyib:

"Səsim var, Allah göz, qaş verib, tərbiyəm sizi azarlamağa icazə vermir. Amma mən indi Bakıdayam, Türkiyədə yaşayıram. Təbii olaraq da geyimlərim oradadır. Buraya o paltarı gətirmədim. Bu paltarı çoxdan geyinib foto çəkdirmişəm. Zövqlər eyni ola bilər, amma mən qısqanc deyiləm. Eləcə də Seren Serengili sevirəm, gözəl qadındır. Sizin işiniz yoxdurmu?".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər