14 Fevral 2021 17:41
2 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimova həmkarı mərhum İlhamə Quliyeva haqqında qalmaqallı açıqlaması isə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Flora Kərimova "ATV maqazin onlarla" verilişində bu sözləri deyib:

"Deyirdilər ki, yeddi əri var. Mən tabut dalınca getmişəm. Onu Allah yazıb, mən də yaşamışam. Ancaq bunu mənim üzümə şapallaq vuranda... Sənə bir ər də qismət olmadı. Millətim məni bağışlasın, ər məşuq deyil. Mənə deyirsən ki, yeddi dəfə ərə gedib. Mən ana, evimin xanımı, qulluqçusu olmuşam. Sənin payına nə düşdü? Sən övladın məktəbə gedəndə, ac qalanda nigaran qaldınmı? Təbii ki, yox. Allah ona bu xoşbəxtliyi rəva bilmədi. Sən də mənim dalımca danışırsan, ərlərimi sayırsan. Mən ər çörəyi yemişəm, 15-50 ərim olsa da. Əgər Allah çörəyimi kəsərsə, camaatın çörəyi yeyərəm. Küçə sərgüzəştlərinin çörəyini yemərəm".

Flora Kərimova "İlhamə xanım dünyasını dəyişəndən sonra da bağışlamadınızmı?" sualına isə "Sağlığında televiziyalarda gah məni, gah da qızımı tərifləyirdi. Mənimlə söhbətləşmək üçün adam göndərirdi. Bağışlamaq onun dediyi sözləri boynuna almaq deməkdir. Onu necə bağışlayım?! Mənəviyyatını tapdalamağa qoymayan insanlar qalibdirlər. Amma ifasını bəyənirdim. Onun mahnısını bir neçə müğənni oxudu, amma mənə heç yapışmadı. İfalarını yanğılı oxuyurdu. Doğrudan da yanırdı. Ancaq xasiyyəti xasiyyət deyildi. O hərdən elə oxuyurdu ki, adamın ürəyi ağrıyırdı", -deyə cavab verib.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər