Müğənni Xatirə İslam televiziya rəhbərlərinə müraciət edib.
Teleqraf.com xəbər verir ki, Xatirə İslam İnstaqram hesabında televiziyalara çıxmaq üçün qonorar tələb edib:
“Proqramların hər birini maddi tərəfdən təmin edən qurumlar və sponsorlar var. Düşünürəm ki, oradan aparıcılarımız, redaktorlarımız və operatorlarımız qonorar aldığı kimi, sənət adamlarına da qonorar ayrılmalıdır. Yəni bir pay da sənətə ayrılsın. Verilişlərimizi müğənnilərsiz təsəvvür etsəniz, maraqlı olar? Dünyanın hər yerində məşhurlar efirə qonorar alıb, çıxır. Mən istərdim ki, inkişaf etmiş Azərbaycanda da belə olsun. Xüsusilə, onu vurğulamaq istəyirəm ki, bütün aparıcılar və kanal rəhbərləri canım qədər sevdiyim insanlardırlar. Əminəm ki, mənim bu qərarımdan inciməzlər. Bu addım isə mənim iş prinsipimdir və burada inciməli heç nə görmürəm. Bu addımı ilk mən atıram və necə qarşılanacağını isə təxmin etmişəm".