Məşhur türkiyəli aktrisa Hülya Avşar idmana olan marağı ilə də tanınır.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, özünü formada saxlamaq üçün o, müntəzəm idman edir. Aktrisa ötən gün Belqrad meşəsində məşq edərkən görüntülənib. İki saatlıq qaçışdan sonra gərilmə hərəkətləri edən Hülya fanatlarının onunla şəkil çəkdirmək istəyinə qarşı çıxmayıb.
Lakin H.Avşar jurnalistləri görən kimi idmanını yarımçıq qoyub. Ancaq jurnalistlər onun görüntülərini lentə ala bilib.
Xatırladaq ki, Hülya.A tezliklə “TV8”də "Hülya Avşar Şou" verlişində aparıcılıq edəcək.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm