22 Fevral 2021 12:22
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elton Hüseynəliyev xalq artisti Brilliant Dadaşova ilə küsülülüyə son qoyduğunu açqılayıb.

Teleqraf.com xəbər verir ki, Elton Hüseynəliyev "ATV maqazin onlarla" verilişində bu haqda danışıb:

"Brilliant Dadaşova ilə məclis aparmalı idik. Məclisi başlamalı, onunla görüşməli idim. Brilliant xanım kinli insan deyil, gözəl sənətkardır. Onun haqqında "paxıl insan" kəlməsini demişdim. Emosiyalardan gələn söz idi. Əslində, haqsızlıq etmişdim. Toy mərasiminə yarım saatlıq getmişdim. O zaman mikrofonu mənə verməmişdi.

Amma sağ olsun, başa düşdü, böyüklüyünü göstərdi. Brilliant xanım çox gənclərin məktəbi olub. Toy mərasimini sona qədər aparan ikinci bir ifaçı ağlımıza gəlmir. Kinli olsayadı, məni bağışlamazdı".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər