22 Fevral 2021 14:20
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Cavanşir Məmmədov xalq artisti Flora Kərimova ilə münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Cavanşir Məmmədov “ATV maqazin onlarla” verilişində Flora Kərimova ilə münasibətinin soyuqluğunun səbəbini açıqlayıb: "Qadınlardan qaçmışam, qadın dostlarım az, kişi dostlarım çox olub. Mən çağrılmayan yerə özümü çatdıran adam deyiləm. Rayona toy mərasiminə getmişdim. Bibim günorta vəfat etmişdi. Mən rayondan gəlib, yatmışdım.

Bibimqızı zəng edib ki, Cavanşir yas mərasimində yoxdur. Anam cavab verib, nə olub, Cavanşir toydan gəlib, yatıb. Bu söz onlara toxunub. O bilməyib ki, toyda olmuşam. Ondan sonra Flora məndən incikli qaldı. Mənim anam da rəhmətə gedəndə Flora xanım gələ bilməmişdi, xəstələnmişdi”.

Əməkdar artist Flora Kərimova ilə soyuq münasibətinə mərhum xalq artisti İlhamə Quliyevanın səbəb olmadığını deyib: "Bir silah kimi bundan istifadə ediblər, İlhamə xanımla münasibətim olub, Flora xanım inciyib. Xeyr, Flora xanım elə şəxsiyyət deyil. O, həmişə mənə yaxındır, qəlbimdədir, əzizimdir. Bacının da qardaş ilə problemi olur.

Mən kiməm ki, Flora Kərimovanın qarşısında söz deyim? O, böyüyümdür, bibi əvəzimdir. Flora xanım dahi sənətkardır və bu dünyada sayılan səslər sərasındadır”.

Qeyd edək ki, Flora Kərimova Cavanşir Məmmədova haqqında “O, mənim ailə üzvümdür. Ona pis bibiqızı olmamışam. Təəssüf ki, ancaq dayıoğlu olub. Yaxın olmaq qismət olmayıb. Onu odlardan çıxarmışam” - deyə, qeyd etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər