Müğənni Nadir Qafarzadə dünyasını dəyişən stilist Balaşın xəstəliyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə İnstaqram hesabında foto paylaşaraq müğənni Xatun Əliyevaya baş sağlığı verib: "İlk imicimdə dəyişilik edən insan. Allah sənə rəhmət eləsin! Axır qəminiz olsun".
Müğənni daha sonra rəy bölümündə stilistin xəstəliyi haqda "Eşitdiyimə görə, qan xərçəngi(Leykoz) idi"-deyə, qeyd edib.
Qeyd edək ki, Balaş müğənni Xatun Əliyevanın qardaşdır.