Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zenalovanın atası əməliyyatdan çıxıb.
Teleqraf.com xəbər verir ki, ürəyindən əməliyyat olunan Rəhman Zeynalov hazırda özünü yaxşı hiss edir. Bu haqda G. Zeynalova İnstaqram səhifəsində yazıb.
O, atasının fotosunu paylaşaraq "Çox şükür... Allah atamızı, anamızı başımızdan əskik etməsin" sözlərini yazıb.
Qeyd edək ki, ifaçının qardaşı Tunar Rəhmanoğlu atasının gecəyarısı qəfildən pisləşdiyini, xəstəxanaya apardıqlarını bildirmişdi.
Rüstəm