Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova Xocalı soyqırımı günü toy mərasiminə getməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, özündən çıxan müğənni evindən görüntü paylaşaraq toy mərasiminə getmədiyini deyib:
"Xəbər portallarının birində qeyd ediblər ki, Rəqsanə İsmayılova Xocalı soyqırımı günü toy mərasiminə gedib. Allahdan qorxmaq lazımdır. Sizi Allaha həvalə edirəm. Video paylaşıram ki, hər kəs görsün ki, evimdəyəm".