Məşhur rəqqasə-aktrisa Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xose ilə ayrılmasından danışıb.
Teleqraf.com xəbər verir ki, Oksana Rəsulova ARB televiziyasında yayımlanan “Onun sirri” verilişində bu sözləri deyib: “Mənim əziyyətim puç getdi, başa düşdüm ki, artıq heç nə edə bilməyəcəm. Nə sevgi, nə də heç nə. Biz onunla fərqli insanlar idik, fərqli yollar gedirdik, o yolları özümüz kəsişdirmişdik. Bizdə sevgi olmayıb. Elə başa düşmüşük ki, bir-birimizi sevmişik, amma indiyə qədər heç kimi sevməmişəm. Məndə mərhəmət hissi olub. Ondan ayrıldıqdan sonra böyük stress yaşadım. İki il yarım depressiyada oldum. Ruh halım pis vəziyyətdə idi, psixoloqa getdim. Mənim 16 il övladım olmamışdı. Psixoloq mənə dedi ki, övladın olmadığına görə, sevgi və mərhəmət hissini ona yönəltmisən. İndiki Oksana başqa cür düşünür”.