Müğənni Şəbnəm Tovuzlu ARB televiziyasında yol hərəkət qaydalarını pozduğunu etiraf edib.
Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu bu sözləri deyib: “O qədər cərimə olunuram ki…Kanallarımızın birinə efirə gedirdim, bilmədən yol polisinin önündən döndüm. Onlar da haqlı olaraq cərimə yazdılar.
Mənə yol polisləri çox hörmət edirlər, amma heç vaxt tanınmağımdan istifadə etmirəm. Radarlara məndən çox pul xərcləyən yoxdur. Cəriməni yazırlar və ödəmək də borcumuzdur. Avtomobilimi sürücüm də idarə edir”.