Türkiyəli aktyor Rasim Öztekinin teatrda vida mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, mərasimdə aktyorun qızı Pelin Öztekin atasına olan sevgisini ifadə edib: "Atama təşəkkür etmək istəyirəm. Mənim çox sevdiyim insan və ustadımdır".
Qeyd edək ki, aktyor "Səksənlər" serialının Fəhmisi kimi məşhurlaşıb. O, 62 yaşında ürək tutmasından dünyasını dəyişib.