7 qat Avropa, 25 qat dünya çempionu, "Ağ Canavar” ləqəbli kikboksçu Eduard Məmmədov peyvənd olunub.
Teleqraf.com xəbər verir ki, Eduard Məmmədov bu haqda İnstaqram səhifəsində məlumat verib.
"Artıq iki ildir ki, bütün dünyada yayılan koronavirusa qarşı tək çarə vaksindir. Mən də vaksin vurdurdum. Özümü yaxşı hiss edirəm. Heç bir mənfi və ya əks təsir hiss etmədim. İnşallah növbəti ay ikinci dozanı vurduracam", - deyə idmançı qeyd edib.