27 Oktyabr 2014 20:39
1 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 10 ildə dünya poidumunda həddindən ziyadə arıqlıq dəbdədir. Minlərlə qız arıq qalmaq, podiumda qalmaq üçün yemək yemir. Hətta iş o yerə çatıb ki, əksər modellər bulemiya xəstəliyindən əziyyət çəkirlər. Belə iddia irəli sürülür ki, moda sənayesində modellərin bu görünüşünü nüfuzlu homoseksual modelyerlər diktə edirlər. Sən demə, onlar modellərə sadəcə paltarasan kimi baxırlar.

Tabloid.az Rusiya mətbuatına istinadən xəbər verir ki, moda aləmində fərqli oriyentasiya çoxdan hökm sürdüyü üçün bu fikir əsaslı hesab edilmir. Sadəcə moda bazarları yenicə formalaşanda bu haqda ictimai formada danışmaq etik hesab edilmirdi. İndi Dolçe və Qabbana uşaq övladlığa götürmək haqda açıq və ictimai şəkildə fikirlərini dilə gətirirlər. Bir neçə on illik öncə isə modanın ustaları öz şəxsi həyatlarının gizlin yaşayırdılar. Özü də bundan çox əziyyət çəkirdilər. Çünki məşhur və zəngin idilər, amma həyatlarını rahat yaşaya bilmirdilər. Homoseksual olduqlarını gizlətmək məcburiyyətində idilər.

Paradoks. Dahi dizaynerlər qadın gözəlliyinə sitayiş edirdilər. Onlar təkrarsız qadın obrazları yaradırdılar, qadınları gözəlləşdirirdilər. Amma ürəklərində kişiləri sevirdilər. Dahi dizaynerlərin nədən bir qayda olaraq, homoseksual olduqlarını söyləmək çətindir. Fərqli talelər, fərqli həyat şərtləri, fərqli uşaqlıq, amma eyni cinsə olan eyni sevgi…

Kristian Dior

Christian Dior in his atelier, 1957

Kristian Dior 1905-ci ildə Fransanın şimal-qərbində pendir və meyvələrin vətənində anadan olub. Dünya modasının gələcək səcdəgahı gübrə fabrikinin sahibi Moris Diorun sayca beşinci övladı idi. Onun incə zövqünün formalaşması isə anası ilə bağlıdır. Kristianın anası incə zövqlü zərif qadın olub. Məhz anasına heyranlığı onun moda aləminə qədəm basmasına səbəb olub. Tezliklə moda onun taleyi oldu. Lakin o, əvvəlcə atasının arzusuna uyğun olaraq 5 il siyasi elmlər məktəbində təhsil alıb. Sonra azad illüstrator, daha sonra isə moda jurnalında rəssam kimi çalışıb. II Dünya müharibəsində iştirak edib. Müharibədən sonra isə atasının fermasında çalışıb. Yalnız 41 yaşında Kristina Dior Lyusen Lelonqun moda evində sıravi dizayner kimi çalışıb. O, XX əsrin moda qanunvericiliyini yazanlardan biridir. Modelyer bir neçə il ərzində moda evinin radikal siluetini yeniləməyə nail oldu. Onun bu istedadı tesktil maqnatı Marsel Bussakın nəzərindən yayınmadı. Marsel Kristiana moda evi açmaqda maliyyə dəstəyi göstərdi.

Model of Christian Dior, autumn-winter 1955

1947-ci ilin 12 fevralında “Dior” moda evinin ilk moda nümayişi baş tutdu. Müharibədən sonra Kristian qadınlara gözəl və ecazkar obrazlar təklif etdi. O yeni istiqamət yaradaraq modanın kralı adını qazanır.

Diorun stili klassik zəriflikdir və qadınlığı xüsusi vurğulayır: incə bel, çox gen yubkalar, tamamlanmış sinə nahiyəsi…

Onun libaslarını Marlen Ditrix, Ava Qardner geyiniblər. İv Sen Loranı və Pyer Kardini məhz Kristian Dior kəşf edib.

Karyerasında baş hərlədici uğurlar qazansa da, Kristian şəxsi həyatda bədbəxt insan olub. O, homoseksual idi. Amma əsas problem bunda deyildi. Gəncliyində onun sevgilisi Perrotino adlı şəxs olub. İllər sonra o, dizaynerin sürücüsü olur. Məhz Perrotino dizaynerin qəlb ağrılarının şahidi olub. Kristianın depressiyaya uğramasının, əsəb sarsıntılarının səbəbi isə sevdiyi, aşıq olduğu şəxslərin onun sevgisinə qarşılıq verməməsi olub.

A haute couture model of Gianfranco Ferre for Christian Dior, autumn-winter 1989 - 1990

1956-cı ildə xoşbəxtlik onun da üzünə güldü. Dior Afrika mənşəli Jak Benita adlı cavab oğlanı sevir. Sevgi qarşılıqlı olur. Əvvəllər çox ehtiyatlı davransa da, Dior sevgidən demək olar ki, başını itirir. 51 yaşlı Kristian 25 yaşlı Jakla ictimai yerlərdə görünür. Hətta onun naminə Kristian Dior arıqlamağa qərar verir və İtaliyaya gedir. Lakin onun zəif ürəyi sərt pəhrizə tab gətirmir. Və o, 1957-ci ildə 52 yaşında dünyasını dəyişir…

Pyer Karden

Deyilənlərə görə, falçı Pyer Kardenin parlaq karyerası haqqında ona məlumat veribmiş. 1922-ci ildə Venesiyada doğulan Pyer ailəsi ilə birlikdə Fransanın kiçik şəhəri Vişiyə köçüb. Ailənin 6-cı uşağı olan Pyer atasının şərabçılıq işini davam etdirməli idi. Lakin onun teatr və kuklalar cəlb edirdi. Pyer kuklaların libaslarını dəyişdirməyi xoşlayırdı…

Ailəsi onun iş sahib olmasını istəyirdi. 14 yaşında dərzinin yanında çalışır. 9 il təcrübə toplayandan sonra Pyer Parisi fəth etmək üçün Vişini tərk edir. Ağıllı və gənc dərzi anlayırdı ki, bu böyük şəhərdə əlaqələr, tanışlıqlar olmadan heç nəyə nail ola bilməyəcək. Məşhur şair də dramaturq Jan Kokto ilə tanışlıqdan sonra o, Paris elitasına daxil ola bilir. Tezliklə onun səyləri nəticəsiz qalmır. Pyer “Cristian Dior” moda evində işə başlayır.

Gənc Karden o qədər uğurla çalışır ki, artıq 5 ildən sonra öz moda evini açır. Bu münasibətlə Dior öz tələbəsinə 170 qızılgül göndərir. Məlum olur ki, Pyer nəinki istedadlı modelyerdir, o həmçinin bacarıqlı biznesmendir. 4 il sonra o, moda evinin mağazasını açır, tezliklə mağazaların sayı artır, 2, 3, 4…

1957-ci ildə Karden 120 libasdan ibarət kolleksiyasını təqdim edir. Paris heyrət içində idi. Onun cəmi 35 yaşı var idi. Ancaq onun müştəriləri stil ikonaları idilər: Eva Peron, Sofi Loren, Jaklin Kennedi, “Btliz” qrupu.

Öz zəkası, qabiliyyəti və işgüzarlığı sayəsində Karden moda imperiyası yaratmağa nail oldu.

Hazırda modelyerin evində ildə 20 min geyim, aksessuar istehsal olunur. “Pierre Cardin” markalı məhsulların istehsalı üçün 200 min insan çalışır, dünyada 8 mində artıq mağazası var, ilik dövriyyəsi 12 milyard dollardır.

O, yeganə Avropa dizayneridir ki, sovet moda bazarına daxil ola bilmişdi.

Ötən əsrin 50-ci illərində Pyer Karden moda aləmində inqilaba imza atır. O, moda kolleksiyalarını nüfuzlu salonlarda qurulan podiumlarda deyil, univermaqda edir. Həmin univermaqda geyimlə yanaşı yemək-içmək satılırdı. Bu hərəkətinə görə onu ali “Sindikat” moda təşkilatının üzvlüyündən çıxardırlar. Amma bu, onu ruhdan salmır. Dizayner Yaponiyada, Çində və hətta keçmiş SSRİ-də öz mağazalarını açır.

Karden qısa ətəyi, qara kalqotkanı və uzunboğaz çəkməni təşviq edirdi. O uniseksin tərəfdarı deyildi, və öz geyimlərini “sabahın dizaynları” hesab edirdi. O, “torba-libasların”, “zanbaq ətəklərin”, trikotaj, applikasiyalı, naxışlı libasların müəllifidir.

O, həddindən ziyadə işgüzar idi. İşinə böyük sevgi ilə bağlanmışdı. Amma şəxsi həyatını da unutmamışdı. Homoseksual olsa da, iddia edirdi ki, həm qadınlarla, həm də kişilərlə cinsi əlaqədə olub. Doğurdan da o, 4 il böyük aktrisa Janna Mora ilə birlikdə yaşayıb. Onları Koko Şanel tanış etmişdi. Karden Mora üçün libas tikmişdi, aktrisa isə həm geyimə, həm də onun müəllifinə aşiq olmuşdu. Aktirsa Kardenin homoseksual olduğunu bilsə də, buna əhəmiyyət vermirdi. Onların münasibətlərinin inkişaf etməsində Moranın böyük əməyi oldu. Onlar ayrılsalar da, dost qalmağı bacardılar.

Hazırda 85 yaşlı Karden varisi olmadığına görə böyük peşmançılıq hissi yaşadığını etiraf edir.

İv Sen Loran

Aristokrat ailənin nəvəsi olan İv Sen Loran hüquqşünas olmalı idi. Lakin o, uşaqlıqda “moda” ilə xəstələndi. O, anası üçün paltarların şəklini çəkirdi. Kiçik modelyer qabiliyyətini məktəbdə, həmyaşıdları arasında da nümayiş etdirmək istəyib. Lakin o, bu istəyi nəticəsində gülüş obyektinə çevrildi. Lakin bu gənc istedadı qorxutmadı. O, tez-tez özünə deyirdi: “Sən tanınmış insan olacaqsan!”

1955-ci ildə 19 yaşında o, anası ilə birlikdə Parisə gəlir. İv Sen Loran gənc dizaynerlərin müsabiqəsində iştirak edir. Və onun gecə libası mükafat alır. Yeri gəlmişkən, onunla yanaşı həmin müsabiqədə Karl Laqerfeld də mükafat alır. Əlbəttə ki, müsabiqədə qalib gələndən sonra hüquqşünaslıqdan söhbət gedə bilməzdi. Tezliklə onun eskizlərini “Vogue” jurnalı dərc edir. Tezliklə o, Kristian Diorla tanış olur və onun assiestenti işləyir. 1957-ci ildə onun ölümündən sonra gənc assistent moda evinə rəhbərlik edir. Həmin vaxt onun cəmi 21 yaşı olur.

O, tanınmış və hörməti modelyer statusunu isə moda aləminə gətirdiyi yeniliklər qəbul edildikdən və bəyənildikdən sonra qazanır.

Ötən əsrin 60-cı illərində Loran dəbə şalvarlı kostyumları gətirir, “safari” stilinin müəllifi odur. Məhz o, ilk dəfə şəffaf parçadan libas tikib. Qadın smokiqinin də müəllifi odur. Mini ətəkləri dəbə gətirən Loran modapərəstlərə sübut edib ki, qara rəngi həm də gündəlik geyimdə istifadə etmək olar. Bundan başqa, modelyer pret-a-porte xəttinin əsasını qoyub, o, geyimlərini yeganə nüsxədə deyil, bir neçə nüsxədə istehsal edirdi, bu keyfiyyəti saxlamağa və eyni zamanda, qiymətləri endirməyə kömək etdi. Beləliklə, Loran modanı hamı üçün əlçatan etdi, ancaq seçilmişlərə libas tikmədi.

Loranın “ Yves Saint Loran” moda evinin yaratmasında onun tanış olduğu Pyer Berjenin rolu olub. Onun dəstəyi sayəsində o, moda evini açdı, onlar illər boyu nəinki partnyor, həmçinin sevgili olublar. Məhz Pyer Loranı hərbidə psixoz həddə çatanda xilas edib. Pyer onu depressiyadan çıxardıb, sərxoşluqdan və narkotik asılılıqdan xilas edib. Pyer onu və özünü zəngin bir insana çevirib. Və məhz o, Loran imperiyasına son qoymuşdur. 80-ci illərin sonlarında Pyer moda evinin səhmlərini satır, şirkət demək olar ki, hissələrə parçalanır və dağılır. O, Loranla birlikdə 70 milyon dollardan çox pul qazanmışdı. “Yves Saint Loran” moda evində indi başqaları çalışır. Pyer isə Loransız başqa firma açıb.

Canni Versaçe

Canni Versaçe 1946-cı ildə İtaliyanın cənubunda Reco di Kalabriya şəhərçiyində doğulub. Anası Françesca atelyedə dərzi işləyib. Canni çox kiçik yaşlarından anasının yanında çalışıb. Anasına qiymətli daşlar tapmaqda və müxtəlif işlərdə kömək edirdi. O, hələ uşaq yaşlarında geyim eskizləri çəkməyi çox sevirdi. Canninin 9 yaşında çəkdiyi eskizləri görən müəlliməsi anası Françeskaya "oğlunuz seksual manyakdır" deyə şikayət etmişdi. Halbuki sonralar həmin eskizlər əsasında hazırlanmış libasları aktrisalar Sofi Loren və Cina Lolabiricit geyindilər. Yetkinlik yaşına çatan Canni memarlıq təhsili alıb və 25 yaşında dəb dizaynı sahəsində işləmək üçün Milana köçüb. Onun Milana köçməsinin digər səbəbi homoseksual olması ilə bağlı idi. Canni yaxşı başa düşürdü ki, yaradıcılıq üçün azadlıq hava, su kimi vacibdir.

1970-ci illərin ortalarında Canni qabiliyyəti ilə istedad ovçuları hesab edilən “Genny” və “Callaghan” kimi məşhur şirkətlərin diqqətini çəkib. “Complice” firması yumşaq dəridən kolleksiya hazırlamaq üçün Versaçeni işə götürdü. Burada nümayiş etdirdiyi uğurun ardından özünə güvən qazanan modelyer qadınlar üçün hazırladığı ilk kolleksiyasını təqdim edib. Həmin ilin sentyabr ayında isə ilk kişi kolleksiyasını bazara çıxarmışdı.

“Versace” moda evinin əsası 1978-cü ildə Canni Versaçe və onun qardaşı Santo tərəfindən qoyulub. “Versace” şöhrətini, dünyaya yayılan məşhurluğunu dizaynına borcludur. Brendin loqosunda antik yunan əfsanəsinin qadını Meduza təsvir olunub. Bu haqda Canni deyirdi:

"Bu seçim tam şüurlu şəkildə edilib. Meduza gözəlliyi, antik, qədim yunan klassikasının və fəlsəfəsinin məşum cazibəsinin rəmzidir. O, gözəlliyin və sadəliyin sintezidir. Sözün həqiqi mənasında insanı hipnoz, hətta mən deyərdim ki, iflic edir”.

1995-ci ildə isə artıq filmlərdə bu brendin libasları gözə dəydi. Kventin Tarantinonun "Dörd otaq", Pola Verxovenanın “Şouqölz”, Denni Kennonanın "Hakim Dredd” filmlərində modelyerin libaslarından istifadə edilib.

10 il müddətində Canni “Versace” adlı 808 milyon dollar dəyərində bir imperiya yaratdı.

Versaçe müsahibələrində etiraf edib ki, onu ilhamlandıran uşaqlıqda doğma şəhərciyində gördüyü fahişələrin görünüşüdür. Ancaq bu açıqlamaları dünya şöhrətli ulduzların, hətta şahzadə Diananın onun libaslarını geyinməsinə maneçilik yaratmayıb.

Madonna, Con Bon Jovi, Tina Törner, Tupac Shakur, Naomi Kempbell kimi məşhurlar moda evinin reklamlarında çəkiliblər. Eyni zamanda, modelyer “rok-n-roll” sənayesindəki məşhurların da ehtiyaclarına, tələblərinə cavab verirdi. Onun müştəriləri arasında Maykl Cekson, Fil Kloins, Brüs Springstin, Corc Maykl, Erik Klapton və Elton Con kimi adlar var idi. Şahzadə Diana və knyaginya Karolin də müştəriləri arasında idi.

O, homoseksual olduğunu heç vaxt cəmiyyətdən gizlətməyib. 14 il Antonio Damiko adlı şəxslə yaşayıb. O, dizaynerdən 12 yaş kiçik olub.

Məşhur modelyer bir müddət çox nadir xəstəlikdən - qulaq xərçəngi ilə mübarizə aparıb. 1997-ci ilin 15 iyunda hər səhər olduğu kimi yürüşə çıxanda Floridada silahla vurularaq öldürülüb. Qatil Endryu Kunanan cinayətdən qısa bir müddət sonra intihar edib.

Karl Laqerfeld

Karl Laqerfeld 1938-ci ilin payızında Hamburq şəhərində çox varlı ailədə anadan olub. O, yaxşı təhsil alıb, ingilis, italyan və fransız dillərini bilir. Onun dahi modelyer kimi yetişməsində anasının təsiri, tərbiyəsi böyük rol oynayıb. Anası ona nəfis zövq və ədalarını aşılayıb.

14 yaşında Karl Parisə gedib. Orada o, iki il yüksək moda liseyində təhsil almış, 1955-ci ildə isə gənc dizaynerlərin müsabiqəsində iştirak edib. Müsabiqənin münsifləri heyətində Kristian Dior, Pyer Balman, Uber Jivanşi təmsil olunurdu. Karl ən yaxşı palto dizaynına görə müsabiqədə birinci mükafatı alır!

Qələbədən dərhal sonra Balman onu assistenti olaraq işə dəvət edir və üç il o, bu bacarıqlarını təkmilləşdirir. Növbəti beş ildə isə Laqerfeld Jan Patunun moda evində işləyir, "kutüryedən" kolleksiyası üzərində çalışır. 1963-cü ildə Karl qəribə bir addım atır. O, eyni vaxtda 4 moda evi - "Chloe", "Krizia", "Charles Laurdan" və "Fendi" ilə əməkdaşlıq etməyə başlayır. Və hər bir moda evi üçün tamamilə müxtəlif, bu evlərinin qurucularının ruhuna tam uyğun kolleksiya yaratmağa nail olur. Beləliklə, o, təbii olaraq 1974-ci ildə öz geyim xəttini yaradır.

1983-ci ildə Laqerfeld "Chanel" moda evinin bədii direktoru olur. Onun Koko ənənəsi ilə müasirliyi ustalıqla birləşdirilmiş pret-a-porter kolleksiyası publikanı heyran edir. Mətbuat nəhayət ki, Şanelin layiqli davamçısı yetişdiyini yazır.

Modelyer şöhrətin zirvəsinə XX əsrin 80-90-cı illərində yüksəlir. Onun geyimi - detallar və proporsiyalarla oyun, tərzlərin və üslubların qarışdırılması, klassik formaların təqlidini ehtiva edir. O, digər modelyerlərin imzasını sənətkarlıqla və məharətlə saxtalaşdırır, buna görə də heyranlıq doğururdu.

80-cı illərin əvvəlində podiumlara leqqinsı şalvar-yubkaları Karl gətirib.

Bu gün dünya artıq dəqiq bilir ki, Laqerfeld ətir yaratmağa səcdə edir, kitab oxumaq və öz modellərinin şəklini çəkmək onun hobbisidir. Deyəsən, bu maestro haqqında yeganə doğru məlumatdır.

Belə ki, dizaynerin şəxsi həyatı sirr və qaranlıqla örtülü bir sahədir. O, həmişə qara eynək taxır, saki qəlbini dünyadan gizlədir. O, heç vaxt öz şəxsi həyatını şərh etmir. Amma əlbəttə ki, heç nə gizli qalmır. Tez və ya bir qədər gec hər şey aşkar olur.

2006-ci ildə Laqerfeld Britaniya yazıçısı Alisiya Dreyki məhkəməyə verib. Məhkəmə İddiası çox maraqlı idi: "Şəxsi həyatının toxunulmazlığının pozulmasına görə".

Bəs, əslində baş vermişdir? Yazıçı bu adda kitab nəşr etmişdi: "Gözəl süqut: 70-ci illərdə Parisdə moda, dahi və möhtəşəm ifratçılıq". Bu kitabda böyük modelyerin həyatı təsvir edilib. Burada deyilirdi ki, Laqerfeld əslində rəsmi bioqrafiyasında yazılandan 5 yaş böyükdür. Və əslində o, qeyd edildiyi kimi zəngin deyil, sadə ailədə doğulub. Özü də Hamburqda deyil, onun ətrafında. Əlbəttə ki, onun sevgi həyatı haqqında da fikirlər irəli sürülüb. Dreyk iddia edirdi ki, Laqerfeld karyerasını İv Sen Loranı oynaşı olduğu üçün qura bilib. Sonra onlar gənc sevgili uğrunda mübahisə ediblər, çünki onu öz aralarında bölüşdürə bilməyiblər. Gənc məşuq Loranı seçdiyi üçün iki modelyerin düşmənçiliyi uzun illərdir ki, davam edib. Amma Dreyk iddia edir ki, onların düşmənçiliyinin kökündə onların bir-birinə dərin məhəbbəti dayanır. Deyəsən, yazıçı moda aləmindəki şayiələrdən çox faydalanıb.

Və daha bir maraqlı fakt. 2002-ci ildə Laqerfeld 13 ayda 42 kiloqram arıqlamışdı. O, özü bu haqda bildirib ki, dəyişikliklər yalnız daxilən yaxşı görünmək istəyi ilə bağlıdır. Amma "sarı" mətbuatın yazdığına inansaq, o, gənc dizayner Hadi Şliman üçün bu qurbanı verib. Amma o, özü bu xəbəri təkzib etmişdi.

Domeniko Dolçe və Stefano Qabbana

Yəqin ki, bu, modanın qeyri-ənənəvi oriyentasiyası haqqında açıq danışan yeganə cütlükdür.

1958-ci il yayında Siciliyanın yaxınlığındakı Palermoda heç bir cəhəti ilə seçilməyə ailədə Domeniko Dolçe anadan olub. Oğlanı çox ciddi tərbiyə ediblər, sevinc, əyləncə nə olduğunu bilməyib. 6 yaşlı oğlanın vəzifəsi tikiş emalatxanasında atasına yardım etmək olub. Ümumiyyətlə, yerli Siciliya qanunlarına görə, Domeniko həddi-buluğa çatandan pensiya yaşına çatana qədər bu emalatxanada işləməli idi. Ancaq həyat başqa cür gətirdi. Bütün qaydaları pozaraq, qanunlar və ənənələrə məhəl qoymayaraq, Domeniko universitetinə daxil olur. Düzdür, çox tezliklə xoşbəxtliyini Milanda tapmaq məqsədilə universiteti atır, incəsənət məktəbinə daxil olub. Milanda o, bütün mənalarda öz taleyi ilə görüşüb. Taleyin ironiyasıdır ki, yenə də kiçik bir atelyedə.

Onun taleyi orada işləyən Stefano Qabbana idi. Domenikodan fərqli olaraq, onun uşaqlığı şən keçmişdi. Məşhur italyan stilistlərindən birinin nikahdan kənar oğlu 1963-ci ildə Milanda anadan olub. Pulla bağlı heç bir çətinliyi olmayıb. Stefano ümidsiz modapərəst idi. Onda rəssamlıq istedadı erkən aşkar olunmuşdu, o, dizayn və rəssamlıq kollecinin qrafika şöbəsində təhsil alıb. Düzdür, onun sənəti - "kreativ direktor" formallıq olaraq qalıb. O, Milan atelyesində adi şagird işləyib. 80-cı illərin əvvəllərində onlar orada görüşüblər.

Onlar od və su kimi fərqli idilər. Lakin zövq və maraqlarının ümumiliyi onları bir-birinə dərhal sevdirdi. Bu cütlüyün işgüzar və sevgi ittifaqı möhkəmdir.

Onlar 1982-ci ildə Milanın mərkəzində öz kiçik studiyalarını açıblar və ilk kolleksiya öz üzərində işləməyə başlayıblar. 1986-ci ildə borc pul götürərək "Real Woman" kolleksiyasını təqdim etdilər. Kolleksiya o qədər seksual idi ki, nümayişin böyük müvəffəqiyyət qazanması təəccüblü olmadı.

1993-ci ildə cütlük Nyu-Yorkda Madonnaya rast gəlir. Müğənni cütlüyün sevimlisi idi, buna görə də onlar böyük sevinclə onun "Girlie" turu üçün kostyumlar tikirlər. İki ay ərzində Dolçe və Qabbana müğənninin və onun kollektivi üçün 1500 kostyum tikdilər. Sizə gülməli görünsə də, Madonna onlara bir sent də vermədi! Bu barədə bu gün bütün dünya bilir. Amma görünür Domeniko və Stefano çox kədərlənməyiblər.

Onlar çox çalışqandırlar. Moda evinin 1944-ci ildə Milanda, 1997-ci ildə ABŞ-da, Yaponiyada, Honkonqda, Sinqapurda mağazaları açılıb. Dolçe və Qabbana dünyanın 80 ölkəsində fəaliyyət göstərirlər. Milan atelyesinin şagirdləri milyonerə çevriliblər. Onların geyimlərini İzabella Eoseelini, Demi Mur, Nikol Kidman, Nastasya Kinski, Uitni Hyuston geyinib.

Bu moda evinin hər yeni kolleksiyası əvvəlkinə bənzəmir. Onların devizi - hissiyyat və ekstavaqantlıqdır. Onlar krujeva, trikotajı, zebrli xəzi kombinə ediblər. Cırıq cinsləri dəbə gətiriblər. Büstqalteri geyimin ayrıca elementinə çeviriblər. Onları tez-tez zövqsüzlükdə ittiham edirlər, lakin onlar dedi-qodulara məhəl qoymurlar.

Cütlüyün Milandakı dəbdəbəli evi jurnalistlər üçün həmişə açıqdır. Domeniko - xanənişin və aşpazdır, Stefano - klub istirahətinin coşqun həvəskarıdır. Bununla belə, onlar uzun illərdir ki, bir-birinə sadiqdirlər, yaxşı cütlük hesab edirlər. Hazırda onlar əsl ailə və uşaq sahibi olmaq istəyirlər. Bu onların yeganə mübahisəli mövzusudur. Dolçe övladlığa uşaq götürmək istəyir, Qabbana isə hesab edir ki, uşaqlar onlara doğma olmalıdır. Belə qeyri-ənənəvi, demək olar ki, ideal və xoşbəxt ittifaqdır.


Müəllif:

Oxşar xəbərlər