28 Oktyabr 2014 10:14
1 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Altın portağal” mükafatına layiq görülən rejissor Kutluğ Ataman “Heç bitməyən bir eşq hekayəsi, erotik nağıl” adlı film çəkməyə hazırlaşır.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində baş rollar aktrisa Hülya Avşar və cinsiyyətini dəyişdirərək kişi olan Rüzgar Erkoçlara həvalə ediləcək.

Kutluğ Atamanın "Oryantalya" adlı layihəsi bu il Antalyada keçirilən Film Forumunda seçilib. Filmin qısa ssenarisi belədir:

"19 yaşlı yaraşıqlı gənc Mazlum kasıb olduğu üçün sevdiyi Vicdanla evlənə bilmir. Vicdanın ailəsindən intiqam almaq istəyən Mazlum onun əkiz qardaşı Civanı öldürərkən yanlışlıqla sevdiyini vurur. Mazlum bu xəyanətin verdiyi vicdan əzabından qaçmağa çalışır".

Rejissor yeni filminin layihəsindən bəhs edərkən bunları deyib:

"Ekran işində eşq və ehtirasın səbəb olduğu bir cinayətdən söz açılır. Filmdə erotik hekayədən bəhs edilir. Burada eynicinslilərin eşqi əks olunur".

Filmin çəkilişlərinə 2016-cı ildə başlanılacaq. Çəkilişlər Kiprdə, Maraş bölgəsində aparılacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər