28 Oktyabr 2014 13:16
1 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il “Best Model of Turkey” yarışmasının 3-cüsü seçilən Canər Nalbandoğlu bıçaqlanıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə modelin evinin qarşısında baş verib. Mədəsindən və qaraciyəridən zədə alan Caner dərhal xəstəxanaya çatdırılıb.

Modelin vəziyyəti haqda məlumat verən “Best Model” yarışmasının təşkilatçısı Ərkan Özərman “Hazırda Canərin vəziyyəti yaxşıdır. Allaha şükür, xilas oldu. Onu bıçaqlayan manyak artıq tutulub” söyləyib.

Rüstəm


Müəllif: