Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyeva ilə Maldiv adalarına istirahət etməsindən danışıb.
Teleqraf.com xəbər verir ki, Aybəniz Haşımova bu sözləri qeyd edib:
"Aynim, həyatıma gələndən yanımızda qohumlarım, tələbələrim, onların anaları olmadan hansısa tətilə getməmişdim. Çox sevinirdilər, mən də onlara səyahəti sürpriz edirdim. Nəhayət ki, balamla ömrümdə bircə dəfə də olsa, tətildə baş-başa qala bildim. Bir ildən çox pandemiya üzündən ev dustaqlığıma son qoya bildim. Nəhayət ki, bir ilə yaxın yeriyə bilməyən ayaqlarım yeriməyə başladı və ölməz Ramiz Mirişlinin, İslam Səfərlinin sözlərinə "Dalğalar" mahnısını Hind okeanına oxudum...Allahım bu sakitliyə necə ehtiyacım var imiş. Bu gün, bu güşədən heç ayrılmayacam. Uzun müddət idi ki, şer yaza bilmirdim. Qarabağın müjdəsi "Gəldik Qarabağa" mahnısının sözlərini ruhuma gətirdi. Bu gün isə okeanın mavi mənzərəsi sanki, sus danışma, yalnız məni seyr et, bəlkə illərlə yorğun ruhun öz əbədi dincliyinə qovuşa deyir. Allah, hamımıza yar olsun!".