27 Mart 2021 11:45
2 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Bəsdi Sevdiyeva ailə üzvləri ilə Azad Azərbaycan televiziyasında qonaq olub.

Teleqraf.com xəbər verir ki, Bəsti Sevdiyeva oğlu Ayxanın evləndiyini açıqlayıb:

"İki il nişanlı qaldı, gəlinim Moskvada yaşayırdı. Pandemiya oldu. Həyat yoldaşımla və qudalarımla qərara gəldik və evdə xınayaxdı elədik.

Sonra da getdik, gəlinimizi sakitcə gətirdik. Qızın toyu olub, bizim yox. Mən də anayam, mənim də arzum var. Oğluma həmişə deyirdim ki, evlən. Moskvada gəlinimi toy mərasimində görüb. Onun bibisi qızının toyuna getmişdi. Oğlum gəlinimi toyda bəyənib. Sonra mənə dedi ki, çox ağıllı qızdır, toyda anasının və bacılarının yanında oturmuşdu. Amma sənin ürəyincə olmayan qızla evlənmərəm. Qızın ailəsini, nəslini araşdırmaq üçün Qəbələyə adam göndərdim. Onlar Moskvada yaşayırlar, amma Qəbələdəndirlər" .

Həyat yoldaşı ilə ilk dəfə efirə çıxan əməkdar artistin oğlu Ayxan isə "Həyat yoldaşımın xarakteri uyğun gəldi. Onda anamın xarakterini gördüm. O, stomatoloqdur, Moskvada işləyirdi", - deyib.

Qeyd edək ki, Bəsti Sevdiyevanın iki övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər