Türkiyəli aktyor Mert Fırat həyat yoldaşı İdil Fırata xəyanət etməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə xəyanət yazışmaları yayıldığı iddia edilən Mert Fırat vəkili vasitəsilə ittihamlara cavab verib.
O, böhtanın əssasız olduğunu və hüquq-mühafizə orqanlarına şikayət etdiyini deyib.
Qeyd edək ki, İdil Fırat biznesmen Önder Fıratın qızıdır.