Türkiyəli müğənni Mustafa Sandalın keçmiş həyat yoldaşı Əminə Yahoviç obyektivlərə tuş gəlib.
Teleqraf.com xəbər verir ki, Əminə Yahoviç Mustafa Sandalın aliment ödəməməsi haqqında yayılan xəbərlərə mübasibət bildirib:
"Mənim deyə biləcəyim bir söz yoxdur. Məhkəmə nə qərar verəcəksə, onu yerinə yetirəcəyik. Səhv addım atmaq istəmirəm".
Qeyd edək ki, Əminə Yahoviç ilə Mustafa Sanda üç il əvvəl rəsmi boşanıb. Cütlüyün iki oğlu var.