31 Mart 2021 12:18
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canananın məhkəməsi baş tutub.

Əməkdar artistin gəlini Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Məhkəmə keçirildi. Məhkəməyə uşaqlarımla gəlmişəm. İndiyə qədər aliment verməyiblər. İndi onun da yarısını kəsirlər (ağlayır). Uşaqlar aylarladır ki, evsiz qalıblar, kirayələrdə idik. Hazırda da evdən çıxarıblar, çöldə qalmışıq.

Üçüncü dəfədir məhkəmə baş tutur, amma aliment ala bilmirəm. Fakt budur ki, uşaqlarım çöldədir, evsizdir. Onların dörd evi, dörd avtomobili var. Uşaqlar bu həyatı yaşamalı deyillər. Mətanət İsgəndərli Allah qarşısında cavab versin!"

Qeyd edək ki, Mətanət İsgəndərlinin oğlu Kərim ilə Canananın üç övladı var. Canana bir müddət əvvəl həyat yoldaşının ona və qızına şiddət göstərdiyini açıqlamışdı.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər