Koronavirusa yoluxan xalq artisti Bəsti Cəfərovanın qızı Fidan Cəfərova anasının səhhətindəki son durumdan danışıb.
Fidan Cəfərova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Anamın səhhəti stabildir. Altı gün idi xəstə idi. İki gün öncə test verdik, nəticəsi pozitiv çıxdı. Hazırda temperaturu düşüb, 38.8 dərəcə idi. Həkimlər dedilər ki, səhhəti digər virusa yoluxan xəstələrlə müqayisədə yaxşıdır".
Xalq artistinin qızı özünün də test verdiyini açıqlayıb: "Anama mən baxırdım, test verdim, axşam saatlarında nəticəsi çıxacaq".
Qeyd edək ki, Bəsti Cəfərova "Yeni klinika"ya yerləşdirilib.