Müğənni Mənzurə Musayeva ARB televiziyasındakı etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Mənzurə Musayeva pandemiyada maddi vəziyyətindən şikayət etməyib:
"Tutaq ki, 20-30 ildir ki, oxuyursan. Bu müddətdə qara gün üçün pul saxlamamısan? Allaq uzaq etsin, ola bilər ki, səs batdı, xəstələndin, toy mərasiminə aparmadılar. Sən özünə ehtiyatda bir il çörək pulu saxlaya bilməyəcəksən?! Mən pul saxlayıram. Evimdə 83 yaşlı anam var. Pulumun sayını bilməsəm də anam bilir. Mənim xəbərim olmasa da həmişə anamın xəbəri olub. Bilmişəm ki, evdə ehtiyatım, sandığım var. Mən 15 yaşımdan toya gedirəm, pis günüm olmayıb".