Məşhur aparıcı Rövşanə Bektaşi ilə müğənni Xatun Əliyeva barışıb.
Teleqraf.com xəbər verir ki, Rövşanə Bektaşi bu haqda MTV Azərbaycan kanalında danışıb.
"Mənimlə Xatunu onun prodüseri barışdırdı. 16-17 il əvvəl Xatun verilişimdə qonağım idi. Rəhmətlik İlhamə xanım canlı efirə zəng etdi və Xatunla bağlı nəsə danışdı. Canlı efir olduğu üçün İlhamə xanımın sözünü kəsə bilmədim. Xatun da məndən incidi ki, niyə İlhamə Quliyevanı efirə qoşmuşam.
Allah Xatunun qardaşına rəhmət eləsin. Pandemiyaya görə yas mərasiminə getmirik. Amma çox istəyərdim ki, yanında olum".