5 Aprel 2021 15:59
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Afət Fərmanqızı "Onun sirri" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Afət Fərmanqızı keçmiş həyat yoldaşı ilə bağlı etirafı ilə diqqət çəkib:

"Bir yaxşılığa on qat yaxşılıq, pisliyə isə on qat pislik edirəm. Bəlkə indi özü də baxıb biləcək. 22 il öncə evlənən zaman qisas günümün əsası qoyulub. Atam məni vermirdi, rəhmətə gedəndən sonra həyat yoldaşım məni qaçırdı. Onun 20 yaşı, mənim isə 16 yaşım vardı.

Keçmiş həyat yoldaşım qaçıran zaman dedi ki, ali təhsil xərclərini ödəyəcəm, anan ərsiz qadındır və s. Çünki ən böyük arzum ali təhsil almaq idi. Anama yazdım ki, narahat olmayın, özüm gəlmişəm, təhsilimə də, sənə də kömək edəcəklər. Toyumuz oldu. Sonra Ukraynaya köçdük. Mənə ali məktəbdən bildirişlər gəlirdi. Həyat yoldaşım dedi ki, sabah ana olacaqsan, səni oxutdurmaqdansa, özüm oxuyardım. Səni işləməyə qoymayacam.

Bakıya qardaşımın toyuna gəlmişdik, sonra onunla getmədim. Mənə ilk öncə inanmadılar. Anam evliliyimə razı olmadığına görə dedi ki, sənə baxacam. Mənə gün verib, işıq vermirdilər".

Afət Fərmanqızı keçmiş həyat yoldaşı ilə münasibətinin yaxşı olduğunu da etiraf edib: "Həyat yoldaşımla bizim çox gözəl münasibətimiz var. Onunla dost kimi danışırıq. Mən ailəmi davam etsəydim, təhsilsiz qalacaqdım".

Müğənni onu da deyib ki, ev alqı-satıqısı ilə məşğul olan zaman özünü Vəfa adıyla təqdim edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər