Azərbaycanda hamı “Youtube”da yerləşdirilən videolarından pul qazana bilər”.
Bunu Teleqraf.com-a açıqlamasında “Digipursuit” şirkətinin Azərbaycandakı təmsilçisi
Samir Xattab bildirib. Onun sözlərinə görə, Azərbaycanda heç kim mahnısı, klipi və serialının “Youtube”da baxış sayına görə pul qazanmır:
“Mən “Digipursuit” şirkətinin Azərbaycanda yeganə təmsilçisiyəm. Bundan sonra bütün müğənnilər, serial sahibləri, prodakşnlar mənimlə əlaqə saxlayaraq, müqavilə bağlayıb baxış sayından və reklamlardan pul qazana biləcəklər”. Təşkilatçı onu da əlavə edib ki, yalnız rəsmi şəkildə şəxsin özü tərəfindən video məhsulu yayımlanacaq, başqaları isə silinəcək: “Beləcə “mahnı yazdırırıq, amma pul qazana bilmirik” fikirləri yersiz olacaq. Artıq onların mahnılarını kimsə oğurlayıb, “Youtube”da yayımlaya bilməyəcək”.
Pərvin